Məxfilik siyasəti
Son yenilənmə:
Bu Məxfilik siyasəti Milli SaaS xidməti (bundan sonra “Milli SaaS”, “biz”) tərəfindən göstərilən xidmətlərdən (millisaas.com saytı və ChatCart kimi Milli SaaS sistemləri) istifadə zamanı şəxsi məlumatların necə toplandığını, istifadə edildiyini və qorunduğunu izah edir.
1. Topladığımız məlumatlar
- Hesab məlumatları: xidmətimizdən istifadə edən biznesin adı, əlaqə şəxsinin adı, e-poçt ünvanı və telefon nömrəsi.
- Instagram-dan gələn məlumatlar: biznes öz Instagram peşəkar hesabını qoşduqda, Meta-nın rəsmi Instagram API-si vasitəsilə həmin hesaba gələn və göndərilən mesajlar, göndərənin ictimai profil adı və istifadəçi identifikatoru (ID), profil şəkli, mesaj tarixləri, hesabın paylaşımlarına yazılan şərhlər, paylaşımların siyahısı, həmçinin hesabın ID-si və giriş tokenləri.
- Sifariş və müştəri qeydləri: biznesin öz müştəriləri barədə sistemə daxil etdiyi məlumatlar (məsələn, sifariş tərkibi, çatdırılma ünvanı, qeydlər).
- Texniki məlumatlar: IP ünvanı, brauzer növü, giriş vaxtları və təhlükəsizlik üçün zəruri server qeydləri (logs).
2. Məlumatlardan necə istifadə edirik
- Mesajları vahid paneldə göstərmək və biznesin müştərilərinə cavab verməsini təmin etmək;
- Biznes AI asistenti və ya avtomatlaşdırma qaydalarını aktiv etdikdə avtomatik cavablar göndərmək;
- Sifarişləri və müştəri tarixçəsini idarə etmək;
- Xidmətin təhlükəsizliyini, sabit işləməsini təmin etmək və texniki dəstək göstərmək;
- Qanunvericiliyin tələblərinə əməl etmək.
Meta platformalarından alınan məlumatlardan yalnız biznesin özünə xidmət göstərmək üçün istifadə edirik. Bu məlumatları satmırıq, reklam məqsədilə istifadə etmirik və Meta Platforma Şərtlərinə zidd heç bir məqsədlə emal etmirik.
3. Məlumatların paylaşılması
Məlumatlar yalnız aşağıdakı hallarda üçüncü tərəflərə ötürülə bilər:
- Hostinq təminatçısı: məlumatlar Hetzner Online GmbH-ın Almaniyadakı serverlərində saxlanılır.
- Meta Platforms: mesajların göndərilməsi və qəbulu üçün Meta-nın rəsmi API-ləri.
- OpenAI: AI asistent aktiv olduqda, sərbəst sualara cavab hazırlamaq üçün mesajın mətni və məhsul məlumatları OpenAI API-yə ötürülə bilər. OpenAI API vasitəsilə ötürülən məlumatlardan standart olaraq modellərini öyrətmək üçün istifadə etmir.
- Qanuni tələblər: səlahiyyətli dövlət orqanlarının qanuni tələbi olduqda.
4. Saxlama müddəti
Məlumatlar biznesin hesabı aktiv olduğu müddətdə saxlanılır. Hesab bağlandıqda və ya silinmə tələbi daxil olduqda məlumatlar 30 gün ərzində silinir. Ehtiyat nüsxələrdəki (backup) məlumatlar növbəti 30 gün ərzində avtomatik olaraq yenilənərək yox olur.
5. Təhlükəsizlik
Bütün bağlantılar HTTPS (TLS) ilə şifrələnir. Serverlərə giriş yalnız şifrələnmiş açarla mümkündür, verilənlər bazası xaricdən əlçatan deyil, giriş tokenləri yalnız serverdə saxlanılır və hər biznesin məlumatları digərlərindən ayrılır.
6. Hüquqlarınız
Siz məlumatlarınıza baxmaq, düzəliş etmək, onların silinməsini və ya emalının dayandırılmasını tələb etmək hüququna maliksiniz. Bunun üçün info@millisaas.com ünvanına yazın. Ətraflı addımlar Məlumatların silinməsi səhifəsindədir.
7. Bizneslərin müştəriləri
Əgər siz xidmətimizdən istifadə edən biznesə mesaj yazmısınızsa, həmin mesajların idarəçisi ilk növbədə həmin biznesdir. Biz onun adından texniki emalçı kimi çıxış edirik. Sorğunuzu birbaşa həmin biznesə və ya bizə göndərə bilərsiniz. Biz sorğunu biznesə yönləndirməkdə kömək edəcəyik.
8. Uşaqlar
Xidmətlərimiz 18 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb və biz onlardan bilərəkdən məlumat toplamırıq.
9. Dəyişikliklər
Bu siyasət yenilənə bilər. Yeni versiya bu səhifədə “Son yenilənmə” tarixi ilə dərc olunur. Əhəmiyyətli dəyişikliklər barədə aktiv müştərilərə e-poçtla məlumat veririk.
10. Əlaqə
Suallarınız üçün: info@millisaas.com. Bakı, Azərbaycan.